Azərbaycan Karate Federasiyasının idmançısı Fərid Savadov (-60 kq.) Avropa Universitet Oyunlarının qalibi adını qazanib.
Bizim.Media xəbər verir ki, Macarıstanın Mişkolts şəhərində keçirilən qitə miqyaslı yarışın finalında karateçimiz Andras Laslonu məğlub edib.
Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan ibarət komandamız isə yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, daha öncə Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət komandamız ölkəmizin aktivinə bürünc medallar yazdırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media