“Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib”.
Bizim.Media xəbər ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.
"İşğaldan azad olunmuş ərazilərin necə sürətlə bərpa olunduğunu görürük. Agentlik də həmin işlərin daha sürətli getməsi üçün əlindən gələni edir. Tədqiqatlar onu göstərir ki, mina hər yerdə var.
Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu o deməkdir ki, məntiqsiz olaraq hərbi əməliyyatların aparılmadığı hallarda da minalar basdırılıb", - deyə V.Süleymanov qeyd edib.
Bizim.Media