Gənclər niyə teatrlara GETMİR? – Maraqlı SƏBƏBLƏR

Qarşılaşdığı çətinliklərə baxmayaraq teatrlar bu gün də fəaliyyətdədir. Çox təəssüflər olsun ki, bu gün teatra gedən tamaşaçıların sayı olduqca aşağı səviyyədədir. Müasir gənclər asudə vaxtlarını sosial şəbəkələrdə keçirməyə daha çox meyillidirlər, nəinki teatrda...

Gənclər niyə teatra getmir?

Mövzu ilə bağlı Bizim Media-ya danışan teatrşünas Aydın Talıbzadə bildirib ki, gənclərdə teatra marağın azalmasına səbəb müasir dövrün problemləriylə əlaqədardır. 

“Maraq öz-özünə yaranmır, maraq tərbiyə edilir, təbliğ olunur, marağın reklama ehtiyacı var və bu, bütün sahələrə aiddir. O ki, qaldı gənclərdə teatra marağın azalması məsələsinə, deməliyəm ki, bu, müasir tarixi dönəmin çoxsaylı sosial-siyasi, mənəvi-əxlaqi, kulturoloji problemlərilə bağlıdır. Bu gün Yer kürəsinin özü sanki dünya siyasətinin minalar zonasına düşüb və bu minalardan biri hər an partlayıb bəşəriyyəti fəlakətə sürükləyə bilər. 

Telekanallarda, "YouTube"-da ən çox tirajlanan bu  görüntülərdir: nəyi nə cür  bişirək, necə sağlam qalaq, nə geyinək, harada dincələk?

Mənəviyyata, ruhsallığa yönəlik təbliğat minimaldır. Ədəbiyyat, teatr, kino insanları təkcə əylənməyə yox, hər şeydən öncə düşünməyə dəvət edir. Düşünmək üçün vaxt lazımdır. Bütün həzzlərin, dadların ən alisi düşüncədir. Müasir insanın isə düşünmək üçün zamanı yoxdur. O harasa qaçır, daim maddiyyət, komfort axtarır.

Roman, film, tamaşa isə o zaman yaşayır ki, onun haqqında danışırlar, onu müzakirə eləyirlər. Teatrı da yaşadan əsas amil mühitdir, mənəvi-əxlaqi atmosferdir. Müasir dövrümüzdə düşünməyin özü nüfuzdan düşür. Çünki insanın əvəzinə düşünən süni intellekt var, onun funksiyalarını gerçəkləşdirən robotlar var”.  

Bəs problemin həlli nədir?

Aydın Talıbzadə problemin həllini belə görür:

“Biz gün-gündən nüfuzunu itirən teatr əsrində müsafirlərik. Qəribədir, teatr nə qədər sürət yığırsa, müasir proseslərə yetişə bilmir, gecikir. Gənclərin isə teatrı gözləmək imkanı yoxdur.

Digər tərəfdən cəmiyyət gəncləri bir "telefon şəxsiyyəti" kimi formalaşdırıb. Onlar dofamini (beynin "ödülləndirmə sistemi"nin elementi) telefon görüntülərindən çox ucuz və asanlıqla əldə edirlər və primitivləşirlər. Bu isə artıq çox qlobal bir problemdir. Bütün bunları Azərbaycan teatrının çağdaş durumuna proyeksiya eləyib danışsaq, məsələ qat-qat mürəkkəbləşəcək. Bir sözlə, gənclər teatrı özlərinə  maraqlı etməyincə, bu problemi aradan qaldırmaq mümkün olmayacaq”.

Çiçək Sadatova, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO