BİZİM TƏQVİM: 12 iyulda dünyada nələr olub?

1724-cü ilin bu günündə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il sentyabrın 12-də bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. 

Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib.

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. 
Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsinin Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsinə başlanılıb.

Bəs, iyulun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı ilin bu günündə Birinci Dünya müharibəsi zamanı dünyada ilk dəfə zəhərləyici kimyəvi maddə olan iprit tətbiq edilib.

2. Ərzağın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə Qazax mahalının Salahlı və Şıxlı kəndlərində, eləcə də Poylu dəmiryol qəsəbəsində Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə sərhəd məntəqələri yaradıldı.

3. 12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

4. 1975-ci il iyulun 12-də Afrikanın bir neçə kiçik adadan ibarət San Tome və Prinsipi ərazisi Potuqaliyanın müstəmləkəçiliyindən azad olaraq dövlət müstəqilliyini elan etdi.

5. 12 iyul 1993-cü ildə Yaponiyanın Hokkaido adası sahillərində meydana gələn 7,7 gücündəki zəlzələ 5 - 30 metr hündürlüyündə tsunami yaradaraq 230 adamın həyatını itirməsinə səbəb oldu.  

6. 1993-cü ilin bu günündə Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub.

Sonra Xankəndi və Yerevana gedən ATƏT rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər.

7. 2006-cı ilin 12 iyulunda Hizbullah təşkilatının İsrailə mərmi hücumları və nəticədə 8 İsrail əsgərini əsir götürməsilə qəzəblənən İsrail ordusu Livana qarşı hərbi əməliyyata başladı. Cənubi Livanda 33 gün davam edən qarşıdurmalarda İsrail uduzdusa da, yüzlərlə yerli əhalinin ölümünə səbəb oldu.
8. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.

Bir neçə gün davam edən döyüşlərdə düşmənin diversiya qrupu geri otuzdurulub və ermənilər bu zaman xeyli canlı qüvvə və hərbi texnika itirib.

Azərbaycan tərəfdən isə 12 hərbçi və 1 mülki şəxs həlak olub. Şəhid olan hərbçilərimiz arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi. Onların hər ikisinə Azərbaycan Milli Qəhramanı adı verilib. 
 

12 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən olan Qay Yuli Sezar eramızdan əvvəl 100-cü ildə anadan olub. Bir çox parlaq hərbi və siyasi qələbələrilə dünya tarixində özünəməxsus yer tutan məşhur Roma diktatoru e.ə. 44-cü il martın 15-də qiyamçılar tərəfindən qətlə yetirilib. (e.ə. 100-44)

2. İntibah dövründə ortaya çıxan "Humanizm" cərəyanının yaradıcısı Dezideri Erasmus 1536-cı ilin 12 iyulunda 69 yaşında həyatdan köçüb.  

3. Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü  anadan olub. 1834-cü ildə Tiflisə gələn Mirzə Fətəli Qafqaz canişinin baş dəftərxanasına şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)
4. 12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. Sabir yaradıcılığında ХIХ əsrin sonu - ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb. Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)

5. 1940-cı ilin bu günündə, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova anadan olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO