“Səbail” PFK daha bir futbolçunu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, “dənizçilər” son olaraq, Bolqarıstan klubu “Etır”da çıxış etmiş Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi Bayıl təmsilçisinin heyətində 8 nömrəli formada çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media