"Araz-Naxçıvan" heyətini gücləndirməkdə davam edir.
Bizim.Media xəbər verir ki, "Neftçi" ilə "Qəbələ"dən tanıdığımız Ramon Maçado karyerasımı ölkəmizdə davam etdirməyə yaxındır.
Malaziya "Sabah"ından ayrılan forvardla demək olar ki, razılıq əldə olunub.
Son anda hansısa problem yaranmasa, "sambaçı" yaxın günlərdə Türkiyə toplanışında kollektivə qoşulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media