“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi albaniyalı müdafiəçi Amir Bilali ilə anlaşıb. 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. Amir Bilalinin sonuncu klubu Şimali Makedoniyanın “Qostivar” komandası olub. O, “Səbail”də 44 nomrəli formanı geyinəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media