Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada - TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. 

Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulaylb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: 

“Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH - foto 1

Bəli, tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə “tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.

Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir.

Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH - foto 2

Bu sammitdən əvvəl türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə səfərlərini yada salaq. Onların səfərləri özündə mühüm çağırışları ehtiva etdi. Birliyin, qardaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatına nail olunub. İyulun 6-da da Şuşada Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı mühüm mesajlarla çıxış edib.

Sammitdə qəbul edilən tarixi və mühüm qərarlara nəzər salaq.

Əvvəla, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanıb.

İkincisi, təbiidir ki, ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident də hər bir çıxışında buna toxunur. Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi də hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə də xüsusi vurğulandı ki, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH - foto 3

Üçüncüsü, iqtisadi əməkdaşlıqdan söz düşmüşkən, bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsini yada salaq. Bu, iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq.
Dördüncüsü, Türk dünyasının birliyinin möhkəmləndiyini təsdiqləyən əsas məsələlərdən biri də türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, artıq qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.

Beşincisi, sammitin məhz Şuşada keçirilməsinin mühüm əhəmiyyəti var. Belə ki, müqəddəs şəhər tarixi Zəfərimizin parlaq rəmzidir və bu şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır.

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı - ŞƏRH - foto 4

Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək.

İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Vuçiç seçkilərdə məğlub olduğunu etiraf etdi – VİDEO

Vuçiç seçkilərdə məğlub olduğunu etiraf etdi – VİDEO

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Mbappenin dublu “Real Madrid”ə qələbə qazandırdı - VİDEO

Mbappenin dublu “Real Madrid”ə qələbə qazandırdı - VİDEO

Ən sirli 4 BÜRC

Ən sirli 4 BÜRC

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Dörd icra başçısını gedər-gəlməzə göndərən kreslo - 28 ildən sonra “lənətlənmiş” şəhərin tilsimi qırıldı

Dörd icra başçısını gedər-gəlməzə göndərən kreslo - 28 ildən sonra “lənətlənmiş” şəhərin tilsimi qırıldı

ABŞ Qran-Prisinin qalibi bəlli oldu

ABŞ Qran-Prisinin qalibi bəlli oldu

Vətən müharibəsinin xronikası: 26 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 26 oktyabr – VİDEO

Lula da Silva yenidən prezident SEÇİLDİ

Lula da Silva yenidən prezident SEÇİLDİ

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - Sakinləri nə gözləyir?

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - Sakinləri nə gözləyir?

Bakının bir hissəsi qazsız qalacaq – ÜNVANLAR

Bakının bir hissəsi qazsız qalacaq – ÜNVANLAR

"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq

ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq

Nə vəzifə, nə qohumluq, nə də "nüfuz": Azərbaycanda kriminal qaydalara yer yoxdur

Nə vəzifə, nə qohumluq, nə də "nüfuz": Azərbaycanda kriminal qaydalara yer yoxdur

“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov

“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

End of content

No more pages to load

RADİO