Yeni mövsümə Premyer Liqada başlayacaq “Şamaxı” transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, klubun danışıq apardığı futbolçulardan biri də namibiyalı legioner Lubeni Xauqondur.
Futbolçu ilə müqavilə şərtləri artıq razılaşdırılıb və o, yaxın günlərdə komandanın düşərgəsinə qoşulmalıdır. 23 yaşlı futbolçunun son klubu Cənubi Afrika Respublikasının “Çippa Yunayted” komandası olub. O, vaxtilə Fransanın “Lill” klubunun əvəzedici heyətində də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media