Daha bir futbolçu “Səbail”dən ayrılıb.
Bizim.Media xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Pedro Nuno komandanı tərk edib.
29 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsi başa çatıb və o klubla vidalaşıb. Portuqaliyalı futbolçu İnstaqram hesabında bununla bağlı yazıb:
“Səbail”in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək və fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Buradakı gözəl xatirələri və dostluqları özümlə aparıram".
Rəşad Rafiqoğlu, Bizim.Media