“Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen yalnız Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberə istinad edən Beelzebubun (Əhdi-Cədiddəki cinlərin ağası) “qulluqçu qızıdır”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
“Manfred Veber Macarıstanın köhnə düşmənidir. Onunla müqayisədə Ursula fon der Leyen əsərdəki qulluqçu qızdır”, - deyə siyasətçi bildirib.
Orban bildirib ki, o, Avropa Parlamentində Ukraynada münaqişənin daha da gərginləşməsinin tərəfdarlarından ibarət “hərbi koalisiya” yaradıb.
Bizim.Media