Növbəti mövsümə hazırlaşan “Kəpəz” daha bir futbolçu ilə danışıq aparır.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Rusiyada oynayan Turqay Mehbalıyevin transferini reallaşdırmaq istəyir.
24 yaşlı futbolçu hazırda Mahaçqalanın “Legion” klubunda çıxış edir. O, Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media