Xəbər verdiyimiz kimi, Almaniyada keçirilən Avropa çempionatının D qrupunun ilk turunda Avstriya yığması ilə oyunda Fransa millisinin kapitanı Kilian Mbappenin burnu sınıb. Qalan matçlarda onun maska ilə oynayacağı deyilir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Kilian Mbappe üçün istehsal olunacaq maska, NASA-nın da raket istehsalında istifadə etdiyi aviasiya sənayesinə xas olan karbon lifli materiallardan hazırlanacaq.
24 saat ərzində ərsəyə gələcək maskanın qiyməti 1200 Avrodur.
Qeyd edək ki, Fransa millisi Avstriya seçməsinə 1:0 hesabı ilə qalib gələrək, Avro-2024-ə qələbə ilə başlayıb.
Bizim.Media