Makron öz sonunu necə HAZIRLADI? – TƏHLİL 

Fransa prezidenti Emmanuel Makronun sonu görünür. Avropa parlamentindəki son uğursuzluq hətta onun vaxtından əvvəl istefasına da səbəb ola bilər.

Nəzərə alaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı Milli Cəbhə partiyası 31,36 % səs toplayaraq prezident Makron tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Makronun “Renessans”(İntibah) partiyasını seçicilərin cəmi 15,2 %-i dəstəkləyib. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - 30 iyun və 7 iyulda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Artıq Fransada seçki kampaniyası başlayıb. Gələcək seşkilərin nəticələri barədə bəzi ehtimallar da var. Məsələn əhali arasında keçirilən son sorğulara görə, fransızların üçdə birindən çoxu Milli Cəbhə partiyasına səs verməyə hazırdır. Prezident Makronun koalisiyası isə 20 %-dən az səs toplaya bilər.

Bu isə o deməkdir ki, Makronun həm ölkə, həm də Avropa parlamentinə təsir imkanları böyük ölçüdə azalıb.

Bəs Makron seçkilərdə niyə uduzdu?

Fransa prezidenti Emmanuel Makronun İntibah Partiyasının məğlubiyyətinin əsas səbəbi kimi beynəlxalq ekspertlər onların sosial siyasət və qeyri-populyar qanun layihələrini görürlər.  

Son il yarımda Fransada qeyri-populyar sosial tədbirlər görülüb. Makron, Fransada pensiya yaş həddini qaldırmaqla daha çox yadda qaldı. O, pensiya islahatlarından narazı qalan əhalinin qəzəbini qazandı. Bundan əlavə Makronun miqrasiya və sığınacaq hüququ ilə bağlı islahatları da fransızların narazılığına səbəb oldu.

Bu qanun hətta fransızları bir neçə hissəyə böldü. Bəziləri qanunun qəbulunu vacib saysa da, əksər fransızlar qəti şəkildə qanuna qarşı çıxdılar. Çünki bir çox insanlar bu qanunun qəbulundan sonra Fransanı “sağmal inəyə” bənzətdilər. Yəni Fransanın miqrantların poliqonuna çevrilməsini heç də hamı məmnunluqla qarşılamadı.

Üstəlik, Makron fermerlərin maraqlarını tapdalayan qərarlar qəbul etdi.

Məsələn, Ukraynadan kənd təsərrüfatı məhsulları çox ucuz qiymətə Fransa bazarına daşındı. Bu isə fermerlərin və kiçik sahibkarların zərərlə işləməsinə səbəb oldu. Ən əsası Makronun hakimiyyəti dövründə infilyasiya son 30 ilin rekordunu təzələdi, işsizlərin sayı artdı.

Avropa Parlamentindəki məğlubiyyətini sığortalamaq üçün Makron  Milli Assambleyanı buraxdı. Amma parlamentin aşağı palatasının qurban verilməsi də Makronu xilas etmiyəcək. Çünki Avropa Parlamentindəki ağır məğlubiyyətdən sonra komandasının bir çox üzvləri Makrondan üz döndərməyə başlayıb.

Fransanın populyar “Fiqaro” nəşrinin qeyd etdiyi kimi, hətta Makronun partiyasından parlamentə yenidən namizəd olanlar belə prezidentin “iyrənc fiquru”ndan uzaqlaşmağa üstünlük verirlər. Hətta seçki kampaniyası zamanı təşviqat materiallarında Makronun şəklini belə vurmurlar. Bu isə nifrətin pik hədddə olmasının göstəricisidir.

Məlumdur ki, gələn ay Fransada Yay Olimpiya Oyunları keçiriləcək.

Belə mötəbər tədbir ərəfəsində ölkədə seçki keçirmək ekspertlər tərəfindən heç cür anlaşılmır. Təsadüfi deyil ki, “Fiqaro” Makronun bu addımını Olimpiya Oyunları ərəfəsində dəhşətli bir qarışıqlıq yaratmaq kimi dəyərləndirib:

"2022-ci il parlament seçkilərində kiçik bir məğlubiyyət Makron üçün altı aylıq depressiyaya səbəb oldu. Ona görə də Avropa Parlamentinə seçkilərindəki tərs sillə ağır dekompensasiyaya səbəb olacaq. Ona görə də Makronun dərin bir depressiyaya düşməsi qaçılmazdır. Əgər qarşıdakı seçkilərdə Makron yenidən uduzsa, o halda Allah bilir,  Makrona nə olacaq” deyə nəşr yazır.  

Göründüyü kimi Makronçu düşərgədə böyük narahatlıq var. Maraqlıdır ki, prezidentin partiyasından olan bəzi deputatlar sağçı Milli Cəbhə partiyasının artan populyarlığı barədə danışmağa başlayıblar. Makronun ofisindəki bəzi şəxslər hətta müxalifət liderinin baş nazir olacağını və “birgə  parlament” məsələsini müzakirə etməyə başlayıb. Bəzi deputatlarsa növbəti seçkilərə qatılmaqdan imtina edib və özlərinə yeni iş axtarmağa başlayıblar.

Makronun partiyasındakı “yarpaq tökümü”

İntibah partiyasında başlayan “yarpaq tökümü” getdikcə daha böyük coğrafiyanı əhatə edir. Məsələn, Gənclər hərəkatının lideri, sadiq deputat Amboise Méjean belə Makronla işləyib-işləməyəcəyini dəqiqləşdirə bilmir. Bundan əlavə, Fransa mətbuatı yazır ki, seçki kampaniyasını davam etdirmək və yenidən deputat olmaq üçün Makronun tapşırıqlarına bir çox keçmiş deputatlar həvəzsiz yanaşır. Ən əsası bu istiqamətdə heç kim birinci olmaq istəmir.

Belə bir həssas məqamda isə Makron heç nə olmamış kimi davranır. Məsələn, iki gün öncə o general Şarl de Qollun müqavimətlə bağlı çıxışının ildönümü şərəfinə Sena çayını ziyarət edib. Bundan başqa iyunun 21-də Yelisey sarayında illik musiqi festivalı açılacaq və Makron o konsertdə iştirak etməyi planlaşdırır.

Bütün bu proseslərin fonunda  Avroskeptiklər Avropa Parlamentində mövqelərini gücləndirdilər. Milli Ralli partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen bildirib ki, “xalq onlara güvənərsə, o zaman onlar Fransada hakimiyyəti ələ keçirməyə hazırdır”.

Bu isə o deməkdir ki, Makron son seçkilərdə təkcə siyasi dayaqlarını itirməyib, həm də 7 ilə yaxın əyləşdiyi prezident kreslosundakı yerini xeyli soyudub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

Füzuli Dram Teatrının direktoru komaya düşdü

Füzuli Dram Teatrının direktoru komaya düşdü

Yasamalda yük maşını idarəetmədən çıxdı - Avtomobillərə ziyan dəydi - VİDEO

Yasamalda yük maşını idarəetmədən çıxdı - Avtomobillərə ziyan dəydi - VİDEO

Oktyabr ayına olan HAVA PROQNOZU

Oktyabr ayına olan HAVA PROQNOZU

Ürək-damar problemlərinin artmasına səbəb COVİD peyvəndidir? - Professordan AÇIQLAMA

Ürək-damar problemlərinin artmasına səbəb COVİD peyvəndidir? - Professordan AÇIQLAMA

Rus dronlarını vurmaq üçün Ukraynada müdafiə zonası yaradılacaq? – NATO-nun TƏKLİFİ

Rus dronlarını vurmaq üçün Ukraynada müdafiə zonası yaradılacaq? – NATO-nun TƏKLİFİ

“Neftçi” yeni hücumçu ilə RAZILIĞA GƏLDİ

“Neftçi” yeni hücumçu ilə RAZILIĞA GƏLDİ

Əməkdar artist Cabir İmanov dəfn edildi

Əməkdar artist Cabir İmanov dəfn edildi

Mourinyo “Benfika”nın “Qarabağ”a məğlubiyyətindən DANIŞDI

Mourinyo “Benfika”nın “Qarabağ”a məğlubiyyətindən DANIŞDI

Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO

Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO

Ruslar Ukraynada bir ailəni vəhşicəsinə öldürdü - Qadın əkiz uşağına hamilə imiş

Ruslar Ukraynada bir ailəni vəhşicəsinə öldürdü - Qadın əkiz uşağına hamilə imiş

Qurban Qurbanov Leandro ilə zarafatlaşdı – VİDEO

Qurban Qurbanov Leandro ilə zarafatlaşdı – VİDEO

Türkiyə sahillərində balıqçılar Ukraynaya məxsus dəniz dronu tapdılar – VİDEO

Türkiyə sahillərində balıqçılar Ukraynaya məxsus dəniz dronu tapdılar – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi Cabir İmanovun vida mərasiminə qatılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi Cabir İmanovun vida mərasiminə qatılıb

Paşinyanın Moskvada “The Carlton” otelində xərclərini kim ödəyib?

Paşinyanın Moskvada “The Carlton” otelində xərclərini kim ödəyib?

“San Siro” 197 milyon avroya satıldı - Yeni stadion tikiləcək

“San Siro” 197 milyon avroya satıldı - Yeni stadion tikiləcək

İtaliya Prezidenti Azərbaycana GƏLDİ - FOTO

İtaliya Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Cabir İmanovun nəşi "Qurd qapısı" qəbiristanlığına APARILIR - VİDEO

Cabir İmanovun nəşi "Qurd qapısı" qəbiristanlığına APARILIR - VİDEO

Ermənistanda qondarma “erməni soyqırımı”nı inkar edənlərə CƏZA VERİLƏCƏK?

Ermənistanda qondarma “erməni soyqırımı”nı inkar edənlərə CƏZA VERİLƏCƏK?

“Həm sevincli, həm də həyəcanlıyıq” - Qurban Qurbanov

“Həm sevincli, həm də həyəcanlıyıq” - Qurban Qurbanov

Rusiya Moldovanı İTİRDİ – Moskva revanş planı HAZIRLAYIR?

Rusiya Moldovanı İTİRDİ – Moskva revanş planı HAZIRLAYIR?

Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR – VİDEO

Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR – VİDEO

Qəzzada aclıqdan 453 fələstinli həyatını itirdi

Qəzzada aclıqdan 453 fələstinli həyatını itirdi

Gündə neçə armud yemək olar?

Gündə neçə armud yemək olar?

End of content

No more pages to load

RADİO