Milli komandaların FİFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi dünya sıralamasında 111-cidir.
Yığmamızın hesabında 1179,88 xal var.
Azərbaycan millisi ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna Albaniya (1:3) və Qazaxıstanla (3:2) görüşlər səbəb olub. Millimiz iki komandanı – Konqo və Mavritaniyanı keçib.
Amma KXDR yığmamızı arxada qoyub. Qeyd edək ki, siyahıya 1860,14 xala malik Argentina başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media