“Bu saata qədər azərbaycanlı zəvvarlar arasında ölüm halı yaşanmayıb".
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Vüsal Cahangiri "Sputnik Azərbaycan" nəşrinə danışıb.
Onun sözlərinə görə, azərbaycanlı zəvvarlarla bağlı heç bir problem yoxdur, hər şey öz qaydasındadır:
"Zəvvarlarımız artıq Həcc ayinlərini başa çatdırıblar, hoteldədirlər”.
“France Press” agentliyi isə Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən ölənlərin sayının 1000 nəfəri keçdiyini yazıb.
Mənbə vəfat edənlər arasında 4 Rusiya vətəndaşının olduğunu qeyd edib.
Bizim.Media