Tovuzda bir nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mülkülü kəndində baş verib.
1978-ci il təvəllüdlü Mahir Aslan oğlu Qasımov kənd ərazisində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu