İşğaldan azad edilmiş ərazilərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunun 30-cu kilometrliyində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik maşını hərəkətdə olarkən yol tikintisi texnikasına çırpılıb. Nəticədə sürücü Mustafayev Kənan Tapdıq oğlu və sərnişini Müsadirov Murad Aydın oğlu və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu