“TikTok” özünün yeni “Whee” adlı sosial şəbəkəsini istifadəyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə ilk məlumatı “APKMirror”-un yaradıcısı Artem Russakovski “X” hesabında yayıb.
O, yeni proqramın test edildiyini, Google Play vasitəsilə yükləməyin mümkün olduğunu qeyd edib.
Artem platformanın hazırda ABŞ-dan başqa bir çox ölkədə, o cümlədən, Türkiyə, Avstraliya, Tailand, Pakistan və digərlərində istifadəyə verildiyini vurğulayıb.
Qeyd edək ki, proqram azərbaycanlı istifadəçilər üçün də əlçatandır.
Xatırladaq ki, "TikTok" Çinin "ByteDance" şirkəti tərəfindən yaradılan qısa videoların dərci üçün sosial şəbəkədir. Tətbiqin bütün dünya üzrə aylıq istifadəçilərinin sayı 1 milyardı ötür.

Bizim.Media