Aksarayda faciə baş verib. Nəfəs borusuna düşən qovurma 70 yaşlı kişinin ölümünə səbəb olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksarayın Gülağac rayonunda Qurban bayramının 3-cü günündə dəhşətli hadisə yaşanıb. 70 yaşlı Memiş Teken yediyi qovurmanın nəfəs borusuna düşməsi nəticəsində uzun müddət nəfəssiz qalıb. Həkimlər gələnə qədər o, həyatını itirib.
Tekenin meyiti yarılması və ekspertiza müayinəsi üçün Aksaray Eğitim və Araştırma Xəstəxanasına aparılıb.
Bizim.Media