Peru sahilində 6 maqnitudalı zəlzələ olub.
Bizim.Media “news.ru” saytına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri əhalisi 246 min olan İka şəhərindən 258 kilometr cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 58 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Bizim.Media