“Ukrayna heç vaxt müharibə istəməyib. Qan tökülməsini istəyən yeganə şəxs Rusiya diktatoru Vladimir Putin olub”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrə prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Sülh Sammiti birliyin güclü siqnalıdır:
“Ancaq hər halda, dünya daha güclüdür, buna görə də sülh düsturu, yəni BMT-nin məqsədlərinin, prinsiplərinin və nizamnamələrinin səmərəliliyi üçün sülh naminə dünya çoxluğunun birliyi düsturu yarandı. Bununla da qlobal təhlükəsizlik formulu yarandı”, - deyə Ukrayna prezidenti qeyd edib.
Bizim.Media