ABŞ Ukraynaya növbəti humanitar yardımın göstərilməsi məqsədilə 1,5 milyard dollar vəsait ayırıb.
Bizim.Media xəbər verir ki, bunu İsveçrədə Ukraynanın təşəbbüsü ilə keçirilən Sülh Sammitində ABŞ-nin vitse-prezidenti Kamala Harris bildirib.
“ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar əlavə vəsait ayırıb. Məbləğ humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq”, - Harris qeyd edib.
Bizim.Media