FHN Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə FHN Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və kursantlar, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində dahi rəhbərin əvəzsiz xidmətlərindən bəhs edib. 15 İyun - Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışan natiq qeyd edib ki, 1993-cü ildə Azərbaycan yalnız siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. 

Ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Ümummilli Lider xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi.

Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycanın müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini bildirən K.Kazımov dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrəti sayəsində qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissi ilə dilə gətirib.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Z.Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub. O, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Z.Əsgərov Azərbaycan xalqının qazandığı tarixi Zəfərdən söz açaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Məhz bunun nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi.

Eyni zamanda, həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Flora Kərimova xəstəxanaya yerləşdirildi — FOTO

Flora Kərimova xəstəxanaya yerləşdirildi FOTO

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Ukraynalı boksçu Usik Trampla görüşdü

Ukraynalı boksçu Usik Trampla görüşdü

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

End of content

No more pages to load

RADİO