Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780-i vəfat edib, aktiv xəstə sayı 13032-dir.
Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.
Bizim.Media