İlham Əliyev yeni Kompleksin açılışında - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.

Prezident İlham Əliyevə məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.
 
































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda DƏHŞƏT: İki nəfərin yanmış meyiti tapıldı

Bakıda DƏHŞƏT: İki nəfərin yanmış meyiti tapıldı

Deputat: “Həmin orduda döyüşüb ölənlər şəhid sayılmır”

Deputat: “Həmin orduda döyüşüb ölənlər şəhid sayılmır”

Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir"

Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir"

İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı — İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış - AÇIQLAMA

İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı — İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış - AÇIQLAMA

Danimarkada əhali ABŞ mallarını BOYKOT EDİR

Danimarkada əhali ABŞ mallarını BOYKOT EDİR

Bakıda 2 QƏZA: Xəsarət alanlar var – ANBAAN VİDEO

Bakıda 2 QƏZA: Xəsarət alanlar var – ANBAAN VİDEO

Ədliyyə nazirliyindən sərt addım: "Azəriqaz" cərimələndi

Ədliyyə nazirliyindən sərt addım: "Azəriqaz" cərimələndi

Mədət Quliyevlə Zəhra ayrılıb

Mədət Quliyevlə Zəhra ayrılıb

Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər AÇIQLANDI

Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər AÇIQLANDI

İLK üçtərəfli GÖRÜŞ: Rusiya, Ukrayna və ABŞ bir araya gəldi

İLK üçtərəfli GÖRÜŞ: Rusiya, Ukrayna və ABŞ bir araya gəldi

Nüşabə ilə Ofeliya arasında QALMAQAL: “Mənim səsləndirdiyim sözlə reklam olundun” – VİDEO

Nüşabə ilə Ofeliya arasında QALMAQAL: “Mənim səsləndirdiyim sözlə reklam olundun” – VİDEO

Yeni “xəstəlik” NÖVÜ – İnsanlardan uzaq qalmaq simptomları daha da AĞIRLAŞDIRIR...

Yeni “xəstəlik” NÖVÜ – İnsanlardan uzaq qalmaq simptomları daha da AĞIRLAŞDIRIR...

Bir ildə erkən evliliklə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub – RƏSMİ

Bir ildə erkən evliliklə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub – RƏSMİ

Qonşu ölkədə Çin avtomobil salonları kütləvi şəkildə bağlanıb - SƏBƏBLƏR

Qonşu ölkədə Çin avtomobil salonları kütləvi şəkildə bağlanıb - SƏBƏBLƏR

Şəhid Rəşad Cavadovun xatirəsi yad edildi – FOTO

Şəhid Rəşad Cavadovun xatirəsi yad edildi – FOTO

Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi – FOTO

Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi – FOTO

Rəsmi Bakı: “Azərbaycan İranda sabitliyə önəm verir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan İranda sabitliyə önəm verir” – FOTO

Ukrayna bu məbləğ qarşılığında torpaq güzəştinə razı olacaq – SENSASİON DETALLAR

Ukrayna bu məbləğ qarşılığında torpaq güzəştinə razı olacaq – SENSASİON DETALLAR

Tərkibində təhlükəli maddə aşkarlandı - Evinizdə varsa dərhal atın - FOTO

Tərkibində təhlükəli maddə aşkarlandı - Evinizdə varsa dərhal atın - FOTO

Sosial ödəniş alanların nəzərinə

Sosial ödəniş alanların nəzərinə

Azərbaycana turist axını AZALIB – RƏSMİ

Azərbaycana turist axını AZALIB – RƏSMİ

Baloğlan Əşrəfovun öz adını daşıyan nəvəsi EFİRƏ ÇIXDI - VİDEO

Baloğlan Əşrəfovun öz adını daşıyan nəvəsi EFİRƏ ÇIXDI - VİDEO

"Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşdi

"Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşdi

“Qəbələ” xaricdəki futbolçumuzu GERİ QAYTARDI

“Qəbələ” xaricdəki futbolçumuzu GERİ QAYTARDI

End of content

No more pages to load

RADİO