"Barselona"nın kapitanı Lionel Messinin əfsanəvi futbolçusu Pelenin rekordunu qırdığı oyunda geyindiyi butsları xeyriyyə auksionunda satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, butslar “Christie's” hərracında 144 min avroya satılıb.
Qeyd edilir ki, butsun satışından əldə olunacaq gəlir Barselonadakı Vall de Hebron Universiteti Xəstəxanasının sağlamlıq layihəsinə dəstək məqsədi ilə istifadə olunacaq.
Qeyd edək ki, Messi İspaniya çempionatının 15-ci turunun "Valyadolid"lə (3:0) 2020-ci il dekabr ayının sonunda keçirilən matçda qol vurub. Bu qol onun "Barselona" formasında 644-cü qolu idi. Futbolçu bir klubda qol sayına görə Pelenin rekordunu qırıb.
Bizim.Media