Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını başa vurduqdan sonra nə etməyi planlaşdırdığını açıqlayıb.
Bizim.Media AS-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Real"ın akademiyasında çalışmağı düşündüyünü bildirib:
"Real"ın akademiyasında çalışacağam. Həmçinin sentyabr ayında İkon Liqası başlayır. Amma o da aydındır ki, indi aktiv oyunçu olduğum vaxtlarda olduğu kimi 18 layihədə iştirak etmək fikrində deyiləm”.
Kroos ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını söyləyib.
Qeyd edək ki, Kroos 2014-cü ildən Madrid təmsilçisində oynayır.
Bizim.Media