“Turan Tovuz” qapıçı problemini həll etmək üzrədir.
Bizim.Media xəbər verir ki, hər üç qolkiperini itirən qərblilər boşluğu Səlahət Ağayevin hesabına doldurmaq istəyir.
Aydın Bayramov “Zirə”yə, Tərlan Əhmədli “Araz-Naxçıvan”a keçəndən, Kamal Bayramov isə özü klubdan ayrılandan sonra “Turan Tovuz” qapıçısız qalmışdı. Yerli qolkiper axtaran klub rəhbərliyi “Səbail”dən ayrılan Səlahəti razı salmaqla vəziyyətdən çıxıb.
33 yaşlı Ağayev aylıq 15 min manat maaş müqabilində Tovuza yollanmağa razılıq verib.
Rəşad Rafiqoğlu, Bizim.Media