"30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır. Məqsəd regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etməkdir".
Bizim.Media xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.
"Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, - deyə nazir vurğulayıb.
Bizim.Media