İlin sonunadək Xocavəndə 1552 ailə köçürüləcək

Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Bu yaxınlarda Prezidentin növbəti səfəri zamanı Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyuldu. Xocavənd rayonunda isə ilk əhali qrupunun köçürülməsinə başlanılıb. Hadrut, Qırmızı Bazar qəsəbələrinin və Sos kəndinin hər birində 10 ailənin ilk bərpa olunmuş yaşayış evlərinə köçü təmin edilib. Bu yaşayış məntəqələrindən başqa, ilin sonunadək Xocavənd rayonuna ətraf kəndlər və Xocavənd şəhəri də daxil olmaqla, ümumilikdə, 1552 ailənin köçürülməsi nəzərdə tutulub. Bu proses gələn il də davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda jurnalistlərə müsahibəsində deyib.

E.Hüseynov bildirib ki, Ağdam və Füzulidə “Böyük Qayıdış” Proqramında nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun davam etdirilir:

“Ağdam şəhərinə bu ilin oktyabr-noyabr-dekabr ayılarında ilk köçün reallaşacağını gözləyirik. 2-ci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. 4-cü və 5-ci yaşayış komplekslərinin də tikintisinə başlanılıb. Eyni zamanda, sentyabr-oktyabr aylarında 3-cü yaşayış kompleksinin və ilin sonuna doğru 1-ci yaşayış kompleksinin tikintisinə başlanılacaq. Füzuli şəhərində 2-ci yaşayış kompleksində şaquli planlama işlərinə bu ay start verilməsi planlaşdırılır. İlin sonunda isə tikinti işlərinə başlanılacaq. Gələn ilin əvvəllərində 3-cü yaşayış kompleksinin icrasına başlanılması nəzərdə tutulur.
 

O qeyd edib ki, indiyədək Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində də yaşayış təmin olunub. Sentyabr ayında Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisinə start verilib. Baş Qərvənd kəndinin inşası Slovakiyadan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Hər iki kəndin inşasının 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur.


Füzuli rayonunda Dövlətyarlı kəndinin də tikintisinə başlanılıb. Sentyabr ayında Yal Pirəhmədli kəndinin tikintisinə start veriləcək. Qaraxanbəyli kəndinin tikinti layihəsi də yekunlaşmaq üzrədir. İlin sonunadək onun da tikintisinə başlanılacaq. Beləliklə, Füzulidə 3, Ağdamda isə 5 kənddə tikinti işləri 2026-cı ilin sonunadək tamamlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Yetişmiş qarpızı necə seçmək olar?

Yetişmiş qarpızı necə seçmək olar?

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

Yer Günəşdən maksimum uzaqlaşacaq

Yer Günəşdən maksimum uzaqlaşacaq

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

End of content

No more pages to load

RADİO