AFFA “Qəbələ” klubuna 700 min manat ayıracaq

3 iyun 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri 1-ci və 2-ci Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

Bakıda binada YANĞIN: Zəhərlənən var

Bakıda binada YANĞIN: Zəhərlənən var

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

“İcazə almaq bu qədərmi çətindir?” - Video

“İcazə almaq bu qədərmi çətindir?” - Video

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Əhaliyə pis xəbər: Bu ildən...

Əhaliyə pis xəbər: Bu ildən...

Meksika sahillərində güclü zəlzələ olub

Meksika sahillərində güclü zəlzələ olub

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Azərbaycanda yapışqan istehsalı artıb

Azərbaycanda yapışqan istehsalı artıb

End of content

No more pages to load

RADİO