Türkiyə millisinin üzvü Çağlar Söyüncü sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, “Fənərbaxça”nın müdafiəçisi Superliqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb.
Türkiyə Futbol Federasiyası müqavilə ilə “Atletiko”ya məxsus olan mərkəz müdafiəçisinin millinin Avro-2024 üçün genişləndirilmiş heyətindən çıxarıldığını açıqlayıb. Onun Avropa çempionatında iştirak edib-etməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
Bizim.Media