Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO 

Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.
Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə Azərbaycana səfəri ilə davam edib və hazırda daha da möhkəmlənib.

Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb.

Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. 

Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 1
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 2
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 3
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 4
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 5
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 6
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 7
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 8
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO  - foto 9
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

Dövlət icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Qızlarımızı İrana dəvət edən nazirə TARİXİ XATIRLATMA

Qızlarımızı İrana dəvət edən nazirə TARİXİ XATIRLATMA

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirildi

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirildi

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

Hikmət Hacıyev: “Sülh sazişi tək kağız üzərində olmamalıdır”

Hikmət Hacıyev: “Sülh sazişi tək kağız üzərində olmamalıdır”

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də - FOTO

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də - FOTO

Dünya bazarında qızıl bahalaşır – Qiymətlər niyə yenidən yüksəldi?

Dünya bazarında qızıl bahalaşır – Qiymətlər niyə yenidən yüksəldi?

Gigiyena qaydalarına əməl etmək niyə vacibdir? – Mütəxəssisdən məsləhətlər

Gigiyena qaydalarına əməl etmək niyə vacibdir? – Mütəxəssisdən məsləhətlər

Bu il 46 kişi qoruma altına alınıb - RƏSMİ

Bu il 46 kişi qoruma altına alınıb - RƏSMİ

Ukrayna ordusunun vurduğu qatarda “Lokomotiv”in futbolçuları da olub

Ukrayna ordusunun vurduğu qatarda “Lokomotiv”in futbolçuları da olub

Bu smartfon 32 saat fasiləsiz video yayımladı - “Ginnesin Rekordlar Kitabı”na düşdü

Bu smartfon 32 saat fasiləsiz video yayımladı - “Ginnesin Rekordlar Kitabı”na düşdü

Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

End of content

No more pages to load

RADİO