İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.

Bildirilib ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə - 3018 nəfər rəsmi qeydiyyatda olub.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir.

Qeyd olunub ki, kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir.

Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq.
Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.

Dövlətimizin başçısı Tağıbəyli kəndinin təməlini qoyub.
 


 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Millimiz Bolqarıstanla qarşılaşacaq

Millimiz Bolqarıstanla qarşılaşacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

Ömrü uzadan 10 qida

Ömrü uzadan 10 qida

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

End of content

No more pages to load

RADİO