Ermənistanda keşiş Baqrat Qalstanyan tərəfdarlarını sabah məmurlara iş yerlərinə gəlməyə mane olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, o, hamını səhər saat 08:00-dan daşqından ziyan çəkən bölgədən başqa ölkənin digər bütün yollarını bağlamağa səsləyib.
Bu gün aksiyada Qalstanyan Nikol Paşinyana xoşluqla istefa verməyə çağırış edib.
Bizim.Media