Əslən azərbaycanlı olan 43 yaşlı teleaparıcı Svetlana Zeynalova dünyaya gətirdiyi qızı barədə söz açıb.
Bizim.Media “cosmo.ru”ya istinadən xəbər verir ki, Rusiyanın birinci kanalında “Sabahınız Xeyir” proqramının aparıcısı Svetlana Zeynalova orta yaşda valideyn olmaq barədə danışıb:
“Elə bilidim ki, 40 yaşdan sonra ana olmaq ayıbdır. Lakin müasir qadınlar bu yaş həddindən sonra uşaq dünyaya gətirmək və ana olmağı daha yaxşı bacarırlar”.
Qeyd edək ki, Svetlana Rusiyanın “NTV” telekanalında “Həftənin yekunları” analitik verilişinin aparıcısı İradə Zeynalovanın bacısıdır. Anaları rus olan jurnalist bacıların atası azərbaycanlı Avtandil İsabalayeviçdir (İsabalaoğlu).
Bizim.Media