İranın dini lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi keçirəcək.
Bizim.Media xəbər verir ki, bu bardə İRNA məlumat yayıb.
Məlumata görə, mayın 22-də səhər saatlarında Tehran Universitetində namaz qılınacaq, dua mərasimi keçiriləcək.
Qeyd edək ki, həlak olan İran siyasətçilərinin cəsədlərini daşıyan təyyarə qəza qurbanları ilə vida mərasiminin keçirildiyi Təbrizdən Tehrana eniş edib.
Bizim.Media