"Ermənistan Rusiyadan çox asılı idi, bizim bütün “təhlükəsizlik yumurtalarımız" bir səbətdə olub”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Civilnet”ə müsahibəsində deyib.
“Biz bunun uğursuzluğa səbəb olduğunu gördük. Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərə dəyişiklik etməli olduq. Təhlükəsizlik baxımından bir çox irəliləyişlər var. Məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu faiz 10-dan da aşağı düşüb və bu, reallıqdır”, - deyə o vurğulayıb.
Bizim.Media