Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olundu - FOTO

Mayın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı müzakirə olunub.

Parlamentin komitə sədri Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqlayaraq bildirib ki, dövlət komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.
H.Hüseynova ölkəmizdə kişilər və qadınların təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak etdiyini, oğlanlarla yanaşı, qızların da dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldıqlarını söyləyib. O, həmçinin təhsildən yayınma halları, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, qanunvericilikdə bunun nəzərə alınmasının vacibliyini də qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, pensiyalarla bağlı gender bərabərliyinin təmin edilməsi sahəsində də müsbət tendensiyalar mövcuddur. Qanunvericiliyə edilən dəyişikliklərdə artıq analarla yanaşı, atalar da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olacaqlar.

İllik məlumatı yüksək qiymətləndirən H.Hüseynova sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə detallı təhlillərin aparıldığını, verilən təklif və tövsiyələrin, habelə qarşıya qoyulan vəzifələrin məqsədəmüvafiq olduğunu vurğulayıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin mavini Sədaqət Qəhrəmanova qurumun 2023-cü il üzrə məlumatını təqdim edib. Bildirilib ki, Dövlət Komitəsi 2023‐cü ildə öz əsasnaməsində müəyyən edilmiş istiqamətlər üzrə vəzifələrini uğurla həyata keçirib. Komitə il ərzində bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq edib, beynəlxalq və qeyri‐hökumət təşkilatları ilə birgə layihələr icra edib. 2023‐cü ildə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində önəmli addımlar atılıb.

Diqqətə çatdırılıb ki, 2023‐cü il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Komitə yerli icra hakimiyyətləri orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub, habelə Komitənin tövsiyəsi ilə bütün Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb.

Məlumatda, həmçinin hesabat ilində əldə olunan nailiyyətlər, beynəlxalq əməkdaşlıq, mövcud problemlər və maneələr, gələcəkdə icrası planlaşdırılan məsələlər və qarşıya qoyulan hədəflər də öz əksini tapıb.
Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar dövlət komitəsinin məlumatını müsbət qiymətləndiriblər. Çıxışlarda ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması sahəsində həyata keçirilən tədbirlərin məqsədəmüvafiq olduğu qeyd edilib, dövlət tərəfindən bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilib. Deputat bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

Bu bürclərin pul qapıları açılır

Bu bürclərin pul qapıları açılır

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

End of content

No more pages to load

RADİO