İran prezidenti İbrahim Rəisiyə məxsus helikopterin qəzaya uğradığı yerə ordu helikopterləri göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
"Təbriz Hərbi Hava Qüvvələrinin 6-cı döyüş bazasının helikopterləri yardım əməliyyatlarının aparılması əmrinə əsasən Varzqan rayonuna gəlib", - Hərbi Hava Qüvvələri Bazasının komandiri deyib.
Qeyd olunub ki, əlverişsiz hava şəraiti səbəbindən əməliyyat uğursuz olub.
Bizim.Media