Böyük Britaniya səfirliyinin Rusiyadakı nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, diplomata Rusiya attaşesinin Londondan qovulması ilə bağlı etiraz bildirilib:
“Rusiya cavab tədbiri olaraq Britaniyanın hərbi attaşesini Moskvadan çıxarmaq qərarına gəlib. Britaniya hərbi attaşesi bir həftə ərzində Rusiyanı tərk etməlidir".
Bizim.Media