Ukrayna Prezidenti Volodimir Zelenski Xarkova səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Zelenski öz Telegram kanalında paylaşıb.
Ukrayna lideri Xarkovda cəbhədəki və Xarkov vilayətindəki vəziyyətə dair iclas keçirib.
Bununla yanaşı, Xarkov vilayətində vəziyyətin ümumilikdə nəzarət altında olduğu qeyd olunub.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin mayın 15-də yaydığı məlumata görə, rusiyalı hərbçilər Xarkov vilayətində Lukyants və Qlubokoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
Bizim.Media