Qərb intiqam planını İŞƏ SALDI – Gürcüstanı hansı aqibət gözləyir?

Xəbər verdiyimiz kimi, mayın 14-də Gürcüstan parlamenti 84 lehinə, 30 əleyhinə olmaqla “Xarici təsir haqqında” qanunu üçüncü, yekun oxunuşda qəbul edib.

Parlamentdəki dinləmələr cəmi bir neçə saniyə çəkib. Parlament sədri kiminsə “Rusiya qanunu”na redaktor rəyinin olub-olmadığını soruşub, sonra isə məsələni səsverməyə qoyub.

Özü də qanun layihəsinin üçüncü oxunuşu avropalı siyasətçilərin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O’Brayenin Gürcüstana səfəri fonunda baş tutub. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ bu hallarda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK


Qanuna əsasən, illik gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və KİV-lər ildə bir dəfə xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatların reyestrində qeydiyyatdan keçməli və bəyannamə doldurmalıdır. Qeydiyyatdan yayınmağa çalışanlar cərimələnəcək.

Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti hesab edir ki, bu qanun ölkədə tənqidi fikirləri sıxışdırmaq və hakimiyyətin yolunu açmaq məqsədi daşıyır.

Qanun indi imzalanması üçün Gürcüstan prezidentinə göndərilməlidir. Prezident Zurabişvili artıq qanuna veto qoyacağını bəyan edib. Ancaq Prezidentin vetosu da simvolik xarakter daşıyacaq. Çünki hakim “Gürcü arzusu” partiyasının veto qərarını ləğv etmək üçün parlamentdə kifayət qədər səsi var.
Yaranmış vəziyyətdə güman ki, Qərb Tiflisə qarşı müəyyən məhdudlaşdırıcı addımlar atmalı olacaq. Qeyd edək ki, Gürcüstan Ukrayna və Moldova kimi Avropa İttifaqına namizədlik statusu alıb. Tiflis həmçinin Aİ ölkələrinə vizasız gediş-gəlişdən yararlanır. Lakin sözügedən qanunun qəbulu fonunda Gürcüstan üçün Qərb qapısının bağlanacağı ehtimalı daha ciddi xarakter alır.

Görəsən, Qərb Tiflisə qarşı hansı addımlar atacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, Aİ-nin Tiflisə qarşı hansısa sanksiyalara getməsi mümkünsüzdür. Həmsöhbətimiz bunu Slovakiya və Macarıstanın Tiflisə sanksiya tətbiq edilməsinin əleyhinə olması ilə əlaqələndirib:

“Xarici agentlər haqqında qanun hər yerdə tətbiq olunur. Belə qanun ABŞ-da da tətbiq olunub. Aİ-nin 12 ölkəsi qanunun qəbulu fonunda Tiflisə qarşı tədbirlər görülməsini tələb edib. Burada nəzərdə tutulur ki, Gürcüstanda hakimiyyətə bağlı şirkət  və fiziki şəxslərin əmlaklarına sanksiya tətbiq edilsin. Hədəf isə İvanişvilidir. Onun Avropada əmlakı və banklarda pulu var. Onun bir neçə il əvvəl Alman bankı ilə çəkişməsi də oldu. Çəkişmə nəticəsində İvanişvili həmin bankdan 850 milyon avro təzminat aldı. 

Aİ ölkələrindən Slovakiya və Macarıstan isə Tiflisə sanksiyaların tətbiqinə veto qoyub. Bu mənada Aİ Tiflisə qarşı hər hansı bir tədbir görə bilməz. Sonda belə bir qanun qüvvəyə minəcək. Gürcü hökuməti onun qəbulunda israrlıdır”. 

Ekspert qeyd edir ki, Aİ-dən fərqli olaraq ABŞ, Böyük Britaniya isə Tiflisə münasibətdə müəyyən məhdudlaşdırıcı addımlar ata bilər: 

“Hazırda Gürcüstan vətəndaşları ABŞ-a və Britaniyaya 5 il müddətinə vizasız gedib-gələ bilər. Gürcüstan şirkətlərinin həmçinin Britaniya ilə böyük ticarət sazişləri var. Onlar dayandırıla bilər”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” üçün UĞUR FORMULU – Bunu edə bilsələr, qələbə qazanacaqlar

“Qarabağ” üçün UĞUR FORMULU – Bunu edə bilsələr, qələbə qazanacaqlar

Yusif Eyvazov İtaliyada məşhurlarla bir araya gəldi – FOTO

Yusif Eyvazov İtaliyada məşhurlarla bir araya gəldi – FOTO

Bu avtobusda qiymət qalxmadı - Hələ də 50 qəpikdir

Bu avtobusda qiymət qalxmadı - Hələ də 50 qəpikdir

Qaz ödənişində yeni tarif - Limit ləğv olunacaq?

Qaz ödənişində yeni tarif - Limit ləğv olunacaq?

Bakıda FACİƏ: 42 yaşlı kişini “tok” öldürdü

Bakıda FACİƏ: 42 yaşlı kişini “tok” öldürdü

Məktəb avtobusları zolağa daxil ola bilərmi? - AÇIQLAMA

Məktəb avtobusları zolağa daxil ola bilərmi? - AÇIQLAMA

“Qalatasaray” “Liverpul”u məğlub etdi – DİGƏR NƏTİCƏLƏR - VİDEO

“Qalatasaray” “Liverpul”u məğlub etdi – DİGƏR NƏTİCƏLƏR - VİDEO

Röya Ayxan: “Bu gün heç kefim yoxdur, danışa bilməyəcəyəm” - VİDEO

Röya Ayxan: “Bu gün heç kefim yoxdur, danışa bilməyəcəyəm” - VİDEO

Parkdan meyit tapıldı

Parkdan meyit tapıldı

İtaliya Prezidentinin Bakı səfəri – Strateji münasibətlərin inkişafında YENİ MƏRHƏLƏ

İtaliya Prezidentinin Bakı səfəri – Strateji münasibətlərin inkişafında YENİ MƏRHƏLƏ

1560 taksi sürücüsü imtahan verəcək – RƏSMİ

1560 taksi sürücüsü imtahan verəcək – RƏSMİ

Gürcüstanda SEÇKİ MÜƏMMASI – Soydaşlarımızın yaşadığı bölgələrdən niyə gürcülər namizəd GÖSTƏRİLİR?

Gürcüstanda SEÇKİ MÜƏMMASI – Soydaşlarımızın yaşadığı bölgələrdən niyə gürcülər namizəd GÖSTƏRİLİR?

Ramiz Mehdiyevin dövründəki cinayətlər tam araşdırılıb - Kamran Əliyev

Ramiz Mehdiyevin dövründəki cinayətlər tam araşdırılıb - Kamran Əliyev

Ögey qızına təcavüz edən kişi ilə bağlı QƏRAR

Ögey qızına təcavüz edən kişi ilə bağlı QƏRAR

“Mən ona heyranam” – Zaxarova

“Mən ona heyranam” – Zaxarova

Bakıda "diplom satan"a cinayət işi açıldı

Bakıda "diplom satan"a cinayət işi açıldı

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA

Bəhruz Əhmədov general formasında – FOTO

Bəhruz Əhmədov general formasında – FOTO

Baş prokuror: “AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq məntiqi nəticəsini tapacaq"

Baş prokuror: “AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq məntiqi nəticəsini tapacaq"

“Azeri Light” bu gün neçəyə satılır?

“Azeri Light” bu gün neçəyə satılır?

Sürücülərin NƏZƏRİNƏ: 100 manat məbləğində cərimələnə bilərsiniz - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: 100 manat məbləğində cərimələnə bilərsiniz - VİDEO

Azərbaycanda 91 nəfər ZƏHƏRLƏNİB – Ölənlər var

Azərbaycanda 91 nəfər ZƏHƏRLƏNİB – Ölənlər var

Urmiya qurudu, sıra Abşerondadır? – Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ

Urmiya qurudu, sıra Abşerondadır? – Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ

Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

End of content

No more pages to load

RADİO