“Tərəfdaş ölkələri əks-məhsuldar addımlar haqqında deyil, tərəfdaşlıq haqqında düşünməyə çağırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibinin köməkçisinin “xarici agentlər” haqqında qanunun qəbulu ilə əlaqədar ölkə rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Kobaxidze ABŞ tərəfinin sanksiyalar barədə danışmasını qeyri-ciddi adlandırıb:
“Bu cür qeyri-ciddi mövzuların qaldırılması məhsuldar deyil. Təklif edirik ki, məhsuldar mövzular barədə müzakirə aparsınlar”.
Bizim.Media