Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"

“Avropa İttifaqı ilə bağlı bir fikir söyləyəcəyəm, məncə orada bunu bəyənməyəcəklər. Avropa İttifaqı özünə aşiqdir”.

Bizim.Media xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində deyib.

“Özünü dünyada ən yaxşı yer olduğuna və başqalarına dərs vermək haqqına sahib olduğuna inandırıb. Amma digər ölkələr bizdən daha yaxşı ola bilər. Bəzən mənə elə gəlir ki, Avropa İttifaqında imkanlar getdikcə azalır. Avropa İttifaqında nəyin normal, nəyin anormal olmasını öyrənmək üçün mübarizə aparırıq”, - deyə o bildirib. Onun sözlərinə görə, Strasburqda Avropa Parlamentinə keçiriləcək seçkilərin kampaniyasında osial və iqtisadi şəraitdən söhbət açılmır:

“Məni bağışlayın, bu kampaniyada bəzi yerlərdə 2 və ya 3 ayaqyolu olması müzakirə edilir, transgenderlərdən bəhs olunur. Bu mövzular indi orada - Avropada dəbdədir. Amma cəmiyyətə heç bir irəliləyiş gətirmir. Avropa İttifaqı çox ambisiyalı olmağa başlayıb və bu da bizim üçün zərərlidir. Gəlin, yaşıl enerji məsələsinə baxaq.
Bu, Avropa İttifaqı sənayesinə açıq şəkildə ziyan vuracaq. Biz 2035-ci ildə artıq yanacaqla işləyən avtomobillər istehsal etməyəcəyimizə söz verdik. Müharibə və Ukrayna üçün çox pul xərcləyirik. Biz bunu Avropa İttifaqı üçün xərcləyə bilərik. Əsəblər tarıma çəkilir, çünki suveren və müstəqil fikirlərə hörmət itməkdədir. Boyun əysəniz sizi rahat buraxacaqlar, heç bir problem olmayacaq. Amma suveren fikrinizi bildirsəniz, problemlər yaşayacaqsınız”.

Robert Fitso əlavə edib ki, Avropa İttifaqının öz xarici siyasəti mövcud deyil və Atlantik okeanın o biri sahilinə üz tutur, oraya baxır və ABŞ-ın nə edəcəyini gözləyir: “Sizi Slovakiyanın daxili işləri ilə yormaq istəmirəm. Məni düzgün başa düşün, cənab jurnalist. Bütün Avropa bilir ki, 2000-ci illərdə Slovakiyada müxalifətə qarşı cinayət hüququndan sui-istifadə edilib. O zaman mən də müxalifətdə idim. Məni də cinayət törətməkdə ittiham ediblər və az qala həbs edəcəkdilər. Bu ittihamlar iqtisadi məsələlərə görə deyil, siyasi xarakter daşıyırdı. Avropa İttifaqı və Avropa Komissiyası Slovakiyada olan hadisələr barədə heç nə demədi. Çünki o vaxt Slovakiyada Avropa İttifaqının hər bir dediyini icra edən hökumət var idi.

Ukraynadakı müharibə ilə bağlı isə Avropa İttifaqında fərqli düşünürlər. Vəziyyət dəyişir. Təkrar edirəm, bu müharibənin həlli hərb yolu ilə deyil. Sadəcə, Avropada yox, bütün dünyada məsələyə obyektiv baxan qüvvələr var. AŞPA-da nümayəndə heyətiniz olmadan siz hansı dialoqdan söhbət edə bilərsiniz? Cənab Prezidentlə görüşdə mən dedim ki, Avropa İttifaqının tamhüquqlu üzvü olaraq Şengen və avronun bir hissəsiyik.

Kiçik ölkəyik, odur ki, hər zaman bizim fikirlərimizi nəzərə almırlar. Təəssüflər olsun ki, Avropa İttifaqında böyük və balaca ölkələrə bölünmüş bir vəziyyət hökm sürməkdədir.

Bunu obyektiv şəkildə etiraf etmək lazımdır. Deməliyəm ki, sizin ölkənizlə bağlı Avropa İttifaqında məsələlər müzakirə olunarkən biz öz mövqeyimizi obyektiv şəkildə bildiririk. Mən bunu cənab Prezidentə də açıq şəkildə dedim ki, biz özümüz də Azərbaycan kimi böyük ədalətsizlik yaşamışıq. Çünki Azərbaycanın Avropa İttifaqına iddia etməməsini başa düşürəm. Bu cür hissləri mən dəfələrlə yaşamışam. Biz əməkdaşlığa davam etmək istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

End of content

No more pages to load

RADİO