BİZİM TƏQVİM: 7 mayda baş vermiş tarixi hadisələr

2012-ci ilin bu günündə unikal memarlıq nümunəsi- “Baku Crystal Hall” istifadəyə verilib. “Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib. “Baku Crystal Hall” "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən tikilib. Əsasən yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır.

Bəs, mayın 7-də daha hansı hadisələr baş verib?

1. 7 may radionun yaranma günüdür. 1895-ci il mayın 7-də rus fiziki və elektrotexniki Aleksandr Popovun ixtira etdiyi, məftilsiz siqnal sistemi üçün yararlı, həssas və etibarlı qəbuledici Rusiyanın fizika-kimya cəmiyyətinin iclasında nümayiş olundu.

2. 7 may 1915-ci ildə İngiltərənin transatlantik “Lusitania” gəmisi Birinci Dünya Müharibəsi zamanı Atlantik okeanında Almaniyanın bir sualtı gəmisi tərəfindən batırıldı. Hadisə zamanı 1198 nəfər həlak oldu.

3. 1921-ci ilin 7 mayında Türkiyə Müəllimə və Müəllim Cəmiyyətləri İttifaqı yaradıldı.

4. 7 may 1945-ci ildə alman generalı Alfred Jodl Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı sənədi imzaladı. Bununla da İkinci Dünya Müharibəsi sona çatdı.

5. 1990-cı ilin 7 may tarixində Türkiyədə ilk özəl televiziya kanalı test yayımlarına başladı.

Mayın 7-də həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1943-cü ilin 7 mayında Türkiyə Cümhuriyyətini quran qabaqcıl kadrlar arasında özünəməxsus yer tutan, baş nazir və məclis sədri vəzifələrini daşımış siyasi xadim Fethi Okyar dünyasını dəyişib. (1880-1943)

2. Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-cı il mayın 7-də anadan olub.  Məşhur “Sonalar gölü”nün müəllifi olan Çaykovskinin “Orlean qızı”, “Mazepa”, “Yatmış gözəl” və “Şelkunçik” baletləri də dünya şöhrəti qazanıb və teatrların repertuarında mühüm yer tutur(1840-1893).

3. Böyük hind yazıçısı, Nobel mükafatı laureatı Rabirdranat Taqor 1861-ci ilin bu günü dünyaya gəlib. Romanları dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib və geniş yayılıb. (1861-1941)

4. Tanınmış Azərbaycan rəssamı, satirik qrafika və illüstrasiya ustası Əzim Əzimzadə 7 may 1880-ci ildə doğulub. 1906-cı ildən “Molla Nəsrəddin”, 1910-cu ildən isə Bakıda çıxan digər satirik jurnallara karikatura və yumorisrik rəsmlər çəkib. Əzim Əzimzadənin Sabirin “Hophopnamə”sinə illüstrasiyaları onun ən yüksək sənət nümunələridir. İkinci Dünya Müharibəsi dövründə rəssam siyasi plakat janrında da yaddaqalan əsərlər yaradıb. (1880-1943) 

5. 7 may 1926-cı ildə tanınmış rəssam Cəbrayıl Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub. 

6. 7 may 1998-cı ildə kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

"Azəriqaz"da yeni struktur YARADILDI

"Azəriqaz"da yeni struktur YARADILDI

End of content

No more pages to load

RADİO