Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 4 dron-kamikadze iki “QAZel” markalı mikroavtobusun üzərinə düşüb. Hücum nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılar arasında iki azyaşlının olduğu bildirilib.
Bizim.Media