"İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024" öz işinə başladı - FOTO  

Artıq 10 ildən çoxdur Azərbaycanda ənənəvi olaraq hər il keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti 2024-cü il mərhələsinə start verilib. İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak üçün müsahibə əsasında Azərbaycanın bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş 600-dan çox tələbə arasından xüsusi istedadı və xarici dil bacarıqları ilə fərqlənən 100-dən çox gənc seçilib.

Bu il proqram çərçivəsində tədbirlər “Yaşıl dünya naminə həmrəylik” ideyası altında keçiriləcək.

Qeyd etmək lazımdır ki, "Yaşıl gələcəyin planının tərtib edilməsi: iqlim dəyişikliyi ilə mübarizədə və qorunmasında İƏT-in rolu" proqramın bu ilki əsas mövzusudur. Eləcə də keçirilən təlimlərdə əsas diqqət Bakıda noyabrda keçiriləcək COP29 konfransı çərçivəsində gənclərin qlobal iqlim problemləri sahəsində maarifləndirilməsinə, onların potensiallarının üzə çıxarılmasına və bu istiqamətdə gənclərin əməkdaşlıq perspektivlərinin öyrənilməsinə yönəlib.  

Qeyd etmək lazımdır ki, bu ilki sessiyalarda 10-a yaxın əcnəbi tələbənin iştirak etmək hüququ əldə edib. İştirakçıların 2 ay ərzində hər həftə baş tutacaq mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub.  

Akademiyanın bu ilki buraxılışının Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilmiş açılış mərasimində layihənin koordinatoru Möminə Mehdi “İƏT Modeli” proqramının məqsəd və vəzifələri haqqında, eləcə də bununla bağlı, keçən illər ərzində əldə edilmiş təcrübəni özündə əks etdirən təqdimatla çıxış edib.
Daha sonra İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) Baş direktoru Rafiq İsmayılov layihənin tərəfdaşı kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eləcə də tədbirlərə təşkilati dəstək göstərən ADİU rəhbərliyinə Mərkəz adından təşəkkürünü bildirərək, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib.  

İndiyə qədər keçirilən mühazirələr çərçivəsində Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nəssir Əbdül Kərim Əbdül Rəhim “Orta Şərqdəki münaqişələrin ətraf mühitə təsiri”, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Qazaxıstanın çoxtərəfli diplomatiyası – Şərq və Qərb arasında münasibətləri tənzimləyərək”, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Orta Şərqdə yeni geosiyasi reallıqlar” Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev “Beynəlxalq münasibətlərdə cari vəziyyət: İƏT üzv-dövlətləri arasında strateji münasibətlər” mövzuları üzrə çıxışlar ediblər. Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb. 

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

2 ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.  
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Samara hava limanı reysləri BƏRPA ETDİ

Samara hava limanı reysləri BƏRPA ETDİ

End of content

No more pages to load

RADİO