«Qarabağ» «Qəbələ»ni 5 dəfə məyus etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

İlk oyun "Qəbələ" və "Qarabağ" komandaları arasında olub. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.

Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra isə Qara Qarayev fərqi
artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli qoyub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.

Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Emrelinin poker istəyinə zərbəni qaytaran "Qəbələ"nin qapıçısı Anar Nəzirov mane olub.

Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.

Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.

Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşü keçirilir. Saat 19:15-də "Sabah" - "Neftçi", saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçları start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sidneydə qətliam törədən Akrama ittiham irəli sürüldü

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Saatlıq iş rejimi olacaq - Maaşlar fərqli hesablanacaq - AÇIQLAMA

Baş nazirdən yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı QƏRAR

Sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü - FOTO

İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

İranlı ekspertdən məsləhət: “Düyü bahadır, arpa yeyin” – VİDEO

Arktikada havanın temperaturu ən yüksək göstəriciyə çatdı

Dövlət Məşğulluq Agentliyi müəllif hüquqlarını pozub - İDDİA

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

Pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI

Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var - VİDEO

Şamaxının mərkəzində keçilməz yollar -VİDEO

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

FİFA ilin ən yaxşı futbolçusunu ELAN ETDİ

"Bitcoin"in SON qiyməti - FOTO

"Bitcoin"in SON qiyməti - FOTO

Bu ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərəcək – SİYAHI

2026-cı ildə bəxti maqnit kimi çəkən 3 bürc

End of content

No more pages to load

RADİO